"Real Madrid"in yeni transferi Antonio Rüdiger İspaniya nəhənginə keçidini dəyərləndirib.
Fanat.Az xəbər verir ki, Almaniya millisinin müdafiəçisi şəxsi "Tvitter" hesabında belə yazıb:
"Çox həyəcanlıyam. Yeni komandamda debüt edəcəyin anı səbirsizliklə gözləyirəm".
Qeyd edək ki, Rüdiger "Real"la 4 illik müqavilə bağlayıb. Onu anlaşmasının müddəti başa çatmamış transfer etmək istəyən klub Madrid təmsilçisinə 400 min avro ödəməlidir.
Nihat