14:06 06.06.2022 725

"Azər Salahlını tənqid etmək istəmirəm, amma..." - Aslan Kərimov

Futbol üzrə Azərbaycan millisinin və "Qarabağ" klubunun sabiq yarımmüdafiəçisi Aslan Kərimov yığmamızın UEFA Millətlər Liqasındakı çıxışını dəyərləndirib. 

49 yaşlı mütəxəssis Fanat.Az-a açıqlamasında əvvəlcə Azərbaycan millisinin Qazaxısanla səfər oyunu (0:2) barədə danışıb:

"Razıyam ki, iki fərqli hissə izlədik. Səbəblərdən biri kimi futbolçularımızın yorğunluğunu qeyd edərdim. Bəzi azarkeşlər bəlkə də bunu hiss etməyə bilər. Amma keçmiş futbolçu gözü ilə baxan adam bu faktorları dərhal görürdü. Oyunçularımız aşkar şəkildə eyni templə sona qədər mübarizə aparmağa çətinlik çəkdilər. Səbəb isə bir daha qeyd edim ki, yorğunluq idi. Qazaxıstan çempionatını qeyd etmək lazımdır. Onlar bildiyiniz kimi, yayda çempionat oyunları keçirir. Yəni onların futbolçuları bizimkilərdən fərqli olaraq, sabit templə oynaya bilir. Buraxdığımız ilk qol futbolçularımıza psixoloji tərəfdən mənfi təsirini göstərdi. Cinahlarımızda olan acizliyi qeyd edərdim. İkinci hissədə "qanadlar"dan hücumumuz demək olar ki, yox səviyyəsində idi. Zatən düzülüşümüz özü də buna imkan vermirdi. Sadaladıqlarım bizim ikinci hissədəki zəif çıxışımızın səbəblərindəndir". 

Kərimov bu gün keçiriləcək Belarus - Azərbaycan oyunu barədə gözləntilərini də bölüşüb:

"İlk matçdakı səhvlərin təkrarlanmaması üzərində işləmək lazım olacaq. Əminəm ki, birinci oyundan sonra çatışmazlıqlar üzərində işlər gedib. Düşünürəm ki, növbəti oyunda nəyi aradan qaldırıb nəyi saxlamalı olduğumuz müzakirə olunub. Belarus yığması Qazaxıstandan təcrübə olaraq fərqli komanda ola bilər, amma Mərkəzi Asiya təmsilçisindən elə də üstün seçmə deyil. Əslində Belarus yığmasına da qalib gələcək gücdəyik. Məncə, onların oyun üslübü daha kompakt, daha qapalıdır. Ehtimal edirəm ki, bizə qarşı 4-4-2 sxemi ilə mübarizə aparacaqlar. Açıq futbola üstünlük verəsi deyillər. Onların oyunlarını bir neçə dəfə izləmişəm və deyə bilərəm ki, bayaq qeyd etdiklərimdən fərqli şəkildə oynamayıblar. Bizim cinahlarımızda sürətli oyunçular yer alsa, rəqib üçün təhlükə yarada bilərik. 

Millimizin uyğun taktiki sistemi haqda danışmağa qalsa, 5-li müdafiə ilə oynamaq mümkündür. Burada önəmli olan mövqelərdəki futbolçuların fərdi ustalıq səviyyəsidir. Çünki 5-li müdafiədə 3 mərkəz müdafiəçisi sığortada qalır, cinahlardakı futbolçular isə hücumameylli oynayır. Azər Salahlını tənqid etmək istəmirəm, amma onun müdafiəyə daha çox xeyri dəyər, nəinki hücuma... Məsələn, Toral Bayramov isə həmin mövqedə faydalı ola bilər. Elə Abbas Hüseynov özü də... Onun da cinahlardan iti oynamaq bacarığı var.

5-4-1 sxemi ilə çıxış edə bilərik. Bu zaman belə desək, Namik Ələskərov və Mahir Emreli cinahları bölə bilər. Bu da uğurlu eksperiment olardı. Dediyim odur ki, cinahlarda daha təcrübəli və daha sürətli futbolçularla yer alsa, yaxşı nəticə əldə edə bilərik". 

Emin

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

11:16

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:34

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X