Portuqaliyalı Brunu Alveş karyerasını bitirib.
Fanat.Az xəbər verir ki, müdafiəçi butslarını mıxdan asdığını "Instagram" səhifəsində yazıb:
“Bildirmək istəyirəm ki, futbolçu karyeramı başa vurmuşam. Bütün klublara, menecerlərə, məşqçilərə, komanda yoldaşlarına və karyeramda əməyi olan insanlara təşəkkür edirəm”.
40 yaşında yaşıl meydanlarla vidalaşan Alveşin son klubu Yunanıstanın "Apollon Smirnis"i olub. Portuqaliyalı həm də “Portu”, “Farense”, “Vitoriya Gimaraynş”, AEK, “Fənərbağça”, “Kalyari”, “Reyncers”, “Famalikao” və “Parma”da çıxış edib. O, Portuqaliya millisində 96 oyun keçirib və 2016-cı ildə Avropa çempionu tituluna yiyələnib.
Mirağa