"Mançester Yunayted" və "Bayern Münhen" Milan "İnter"inin müdafiəçisi Denzel Dümfrisi heyətinə qatmaq niyyətindədir.
Fanat.Az xəbər verir ki, informasiyanı "Calciomercato" yayıb.
Mənbə "İnter"in təklifləri müzakirə etməyə hazır olduğunu və futbolçunu sata biləcəyini vurğulayıb.
Milan təmsilçisi Dümfrisi ötən ilin yayında PSV-dən transfer edib. İtaliya nəhənginə 13,7 milyon avroya başa gələn Niderland millisinin üzvünün klubu ilə olan müqaviləsinin müddəti 2025-ci ildə başa çatacaq.
Nihat