PSJ və "Real Madrid" Fransanın "Renn" klubunun və Xorvatiya millisinin yarımmüdafiəçisi Lovro Mayer uğrunda mübarizə aparır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Ger French Football News" yayıb.
Mənbə "Atletiko Madrid" və "Layptsiq"in də maraqlandığı futbolçunun "Real"a keçmək ehtimalının daha çox olduğunu vurğulayıb.
Mayer "Renn"ə ötən ilin yayında, 13 milyon avro qarşılığında Zaqreb "Dinamo"sundan transfer olunub. Geridə qalan mövsümdə bütün turnirlərdə 44 matça çıxan 24 yaşlı xorvat 8 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat