PSJ ilə yeni müqavilə imzalayan Kilian Mbappe dünyanın ən ödənişli idmançısına çevrilib.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, o, yanvarda "Forbes" jurnalının dərc etdiyi siyahıda ilk pillədə qərarlaşan Lionel Messini geridə qoyub.
Belə ki, argentinalı superulduz 130 milyon avro gəlirlə 1-ci yerdə qərarlaşmışdı. Kilian isə yeni müqaviləyə əsasən, ildə 130 milyondan çox qazanır.
Qeyd edək ki, "Real Madrid"ə transfer olunacağı gözlənilən Mbappe Paris təmsilçisi ilə müddəti 2025-ci ilə qədər olan sözləşmə imzalayıb.
Nihat