Son vaxtlar adı müxtəlif klublarla hallanan Cennaro Qattuzo irqçilikdə ittiham olunur.
Fanat.Az xəbər verir ki, 42 yaşlı mütəxəssis nəhayət, İtaliya mediasının yazdıqlarına cavab verib.
DAZN-a danışan Qattuzo haqqındakı iddiaları təkzib edib: "Mənim keçmişim elə cavabımdır. İrqçi, homofob, ksenofob, seksistəm? İnsanlar, siz normalsınız, nə danışırsınız, nə yazırsınız... Tutaq ki, mən irqçiyəm. Onda niyə Bakayokanı "Napoli"yə gətirmişəm? Mən qaradərili futbolçular haqqında heç vaxt pis söz deməmişəm, çoxu ilə bir yerdə oynamışam. Onların arasında dostlarım var. Heç kimin məni həqiqətlə əlaqəsi olmayan şeylərdə ittiham etməyə haqqı yoxdur".
Mirağa