"Benfika"nın hücumçusu Darvin Nunyes "Liverpul"a keçməyə yaxındır.
Fanat.Az xəbər verir ki, tanınmış insayder Nikolo Skira artıq sosial şəbəkə hesabları üzərindən Nunyesin İngiltərə klubu ilə 5 illik müqavilənin şərtlərini razılaşdırdığı barədə informasiya yayıb.
Skira uruqvaylı forvardın hər mövsüm üçün 8 milyon avro əməkhaqqı alacağını da açıqlayıb.
İndiyədək bir transferə xərclədiyi ən böyük məbləğ 88 milyon avro olan (Vircil van Deyk 2018-ci ildə "Sauthempton"dan bu qiymətə alınıb) "qırmızılar"ın rekordunu yeniləyəcəyi bildirilib.
Qeyd edək ki, son mövsümdə "Benfika" formasıyla 41 matça çıxan Nunyes 34 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat