"Bayern Münhen" növbəti transferini reallaşdırıb.
Fanat.Az "Bild" nəşrinə istinadən xəbər verir ki, bunu Münhen təmsilçisinin idman direktoru Hasan Salihamiciç deyib.
Salihamiciç "Ayaks"ın 20 yaşlı yarımmüdafiəçisi Rayan Qravenberxi heyətə qatdıqlarını açıqlayıb: "Rayanla müqavilə imzalandı. Artıq bu transfer həyata keçirilib. Rayanın klubumuzda olmasından məmnunuq. O, Avropanın ən istedadlı gənclərindən biridir. Qravenberxi transfer etmək istəyənlər çox idi”.
Qravenberx ötən mövsüm Niderland çempionatında 30 oyuna çıxaraq 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
"Bayern" daha əvvəl "Ayaks"dan mərakeşli müdafiəçi Nussair Mazrauini rənglərinə bağlayıb.
Nihat