"Liverpul"un və İngiltərə millisinin sabiq müdafiəçisi Ceymi Karrager UEFA Millətlər Liqasının qrup mərhələsində Macarıstana 4:0 hesabı ilə uduzduqları oyundan sonra İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeytin istefaya göndərilməsini tələb edən azarkeşlərə müraciət edib.
Fanat.Az xəbər verir ki, "Goal" saytı 44 yaşlı mütəxəssisin dediklərini belə çatdırıb:
“Susun, təlxəklər! Bu məşqçi 1966-cı ildən bəri İngiltərəni ilk dəfə yüksək səviyyələrə çıxarıb. Sautqeytin komandanı aşağı sürükləməsi fikri cəfəngiyyatdır. Uşaqlar, istirahət edin və əvvəlki səviyyənizə qayıdın".
Xatırladaq ki, İngiltərə yığması öz meydanında son 94 ilin ən böyükhesablı məğlubiyyəti ilə qarşılaşıb. İngiltərə millisi sonuncu dəfə dörd top fərqi ilə 1928-ci ildə, "Uembli"də Şotlandiya seçməsinə uduzub.
Emin