"Mançester Yunayted"in müdafiəçisi Erik Beyi iş yerini dəyişməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Get French Football News" yayıb.
Mənbə "qırmızı şeytanlar"ın baş məşqçisi Erik ten Haqın gələcək planlarına daxil olmayan futbolçunu iki Fransa klubunun - "Olimpik Lion" və "Olimpik Marsel"in transfer etmək istədiyini açıqlayıb. MY-nin Fil Dişi Sahilindən olan 28 yaşlı oyunçunu 10 milyon avrodan az məbləğə satmağa hazır olduğu və bu məqamın Beyinin müştərilərini qane etdiyi vurğulanıb.
Qeyd edək ki, son mövsümdə zədələrdən əziyyət çəkən Erik bütün turnirlərdə cəmi 7 matça çıxıb.
Nihat