PSJ klubunun hücumçusu Kilian Mbappe yeni şirkət yaradıb.
Fanat.Az "Lequipe"yə istinadən xəbər verir ki, ulduz forvard "Zebra Valley" adlı şirkət açıb və əlaqələrini genişləndirmək üçün Hollivud agentliyi "WME Sports" ilə tərəfdaşlıq müqaviləsi imzalayıb.
Fransız forvardın şirkəti Los-Ancelesdə yerləşəcək. O, idman, musiqi, mədəniyyət, texnologiya və video oyunlara yönəlmiş məzmun yaratmağa çalışacaq.
Xatırladaq ki, may ayında Mbappe PSJ ilə müqaviləsinin müddətini 2025-ci ilə qədər uzadıb. Onun Paris klubunda maaşı ildə 93 milyon avro olacaq.
Mirağa