"Şaxtyor" və "Benfika" klubları David Neresin transfer müqaviləsinin bütün detalları ilə bağlı tam razılığa gəliblər.
Fanat.Az xəbər verir ki, informasiyanı insayder Nikola Skira yayıb.
Yanvarda "Ayaks"dan 12 milyon avroya transfer olunan braziliyalı ukraynalıların Pedrinyoya görə 15 milyon avroluq borcunu silmək müqabilində Portuqaliya klubuna keçməli olacaq.
David Neres artıq "Benfika" ilə 5 illik müqavilə imzalayıb və müqavilə bu günə planlaşdırılan futbolçunun tibbi müayinələrinin nəticələrindən sonra rəsmən açıqlanacaq.
Mirağa