Argentina millisinin sabiq hücumçusu Karlos Teves məşqçilik karyerasına harada başlayacağına qərar verib.
Fanat.Az xəbər verir ki, bu barədə "Diario Ole" saytı məlumat yayıb.
Mənbənin məlumatına görə, "Rosario Sentral" onun ilk klubu olacaq.
Xatırladaq ki, iyunun 4-də “Mançester Yunayted”, “Mançester Siti”, “Yuventus” və Argentina millisinin sabiq hücumçusu futbolçu karyerasını bitirdiyini açıqlayıb.
Emin