Londonun "Arsenal" klubu "Atletiko Madrid"in hücumçusu Alvaro Moratanı transfer etməkdə maraqlıdır.
Fanat.Az "A Bola"ya istinadən xəbər verir ki, yay transfer pəncərəsində hücum xəttini gücləndirməyi prioritet hesab edən "topçular" ispan hücumçuya rəsmi təklif hazırlayır.
"Arsenal" Moratanı "Mançester Siti"nin transferinə görə yüksək təzminat tələb etdiyi Qabriel Jezusa alternativ olaraq nəzərdən keçirir.
29 yaşlı ispan hücumçunun "Atletiko" ilə müqaviləsinin müddəti 2023-cü ilin iyununda başa çatır.
"Transfermarkt" Alvaro Moratanın bazar dəyərini 25 milyon avro olaraq qiymətləndirir. Morata ötən mövsümü icarə əsasında "Yuventus"da keçirib və bütün turnirlərdə 48 oyuna çıxaraq 12 qol vurub, 9 məhsuldar ötürmə edib.
Mirağa