"Mançester Yunayted" almaniyalı müdafiəçi David Raumu heyətinə qatmağa çalışır.
Fanat.Az "Sky Sport Deutschland"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" müdafiəçi ilə danışıqlara başlayıb.
"Hoffenhaym"ın oyunçusu ilə danışıqlar müsbət istiqamətdə davam edir. Tərəflərin 30-35 milyon avroya razılaşa biləcəyi bildirilir.
Raumla "Nyukasl", "Vest Hem" və "Borussiya Dortmund" da maraqlanırdı. Dortmundlular onu ələ keçirmək üçün Niko Şulz və ya Rafael Qerreyranı satmağı planlaşdırır.
David Raum ötən mövsüm Bundesliqada 32 oyuna çıxıb və 11 məhsuldar ötürmə edib.
Mirağa