"Barselona" "Kamp Nou"da bərpa işlərinə başlayıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi "Twitter" səhifəsi məlumat yayıb.
Kataloniyalılar növbəti mövsümü “Kamp Nou”da keçirəcək. Ancaq bir ildən sonra komanda başqa arenaya - Lyuis Kompani adına Olimpiya Stadionuna köçəcək. Bu səbəbdən “Barselona”nın ev matçlarına tamaşaçı sayı iki dəfə azalacaq.
Qeyd edək ki, 1957-ci ildə inşa olunan "Kamp Nou" 99 min 354 yerlik tamaşaçı tutumuna malikdir.
Mirağa