"Nyukasl Yunayted" İngiltərə millisinin qapıçısı Nika Poupun transferi üçün "Börnli" ilə danışıqları yekunlaşdırmaq üzrədir.
Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, "sağsağanlar"ın baş məşqçisi Eddi Haunun heyətdə görmək istədiyi qolkiperin iş yerini dəyişmək ehtimalı yüksəkdir.
Xəbərə görə, Poup heyətə qatılacağı halda, ötən mövsüm "Nyukasl" forması ilə meydanda daha çox görünən "çərçivə" qoruyucusu - Martin Dubravka əsas heyətdəki yerini itirə bilər.
Qeyd edək ki, Poup İngiltərə millisində 8 oyuna çıxaraq cəmi 1 qol buraxıb. "Transfermarkt" portalı onun transfer qiymətini 15 milyon avro ilə dəyərləndirir.
Nihat