"Liverpul"un ulduz futbolçusu Məhəmməd Salah qazancının 6 faizini ianələrə sərf edib.
Fanat.Az xəbər verir ki, "The Sunday Times" Birləşmiş Krallıqdakı 100 ən böyük xeyriyyəçinin yer aldığı ənənəvi "Giving List"ini dərc edib.
Misirli futbolçu 2022-ci il üçün açıqlanan siyahıda 8-ci yerdə qərarlaşıb. "Liverpul"un ulduzu 6 ay ərzində 2,5 milyon funt sterlinq ianə edib ki, bu da Salahın sərvətinin (40 milyon funt sterlinq) 6 faizi deməkdir.
Mohamed Salah is transforming his village, Nagrig in Egypt.
— Africa Facts Zone (@AfricaFactsZone) June 21, 2022
He built a hospital, school, youth centre and ambulance unit for his people in his village.
He built a $450,000 water treatment plant to provide drinking water for his people.
He gives £3,500 to poor families monthly. pic.twitter.com/73WBVWqW14
Salah əsas ianələri Misirdəki doğma Naqriqə edib. Ulduz futbolçu orada məktəb, gənclər mərkəzi, təcili yardım maşını, xəstəxana və su filtrasiya mərkəzinin (450 min dollara başa gəlib) tikintisini maliyyələşdirib. O, həmçinin hər ay 3500 funt sterlinq məbləğdə birbaşa nağd ödənişlərlə yoxsul ailələrə kömək edib.
Mirağa