“Dinamo”nun və Ukrayna millisinin sabiq futbolçusu Aleksandr Əliyev İvan Ordetsi hədələyib.
Fanat.Az xəbər verir ki, "ProFutbol"a danışan Əliyev Rusiyanın işğalına baxmayaraq, Moskva "Dinamo"sunda çıxışını davam etdirən ukraynalı futbolçunu öldürəcəyini deyib:
“O, bura gələndə başını üzəcəyəm. Bunu təkcə mən yox, başqaları da istəyir. Andryuxa Boqdanov da istəyir.
Rusiyada mövsüm başa çatandan sonra Moskvada qaldı və əylənir. Niyə bura gəlmədin, əclaf? Burda ukraynalılar qırılır, siz isə Moskvada oturub əylənirsiniz. Sənin doğulduğun şəhər - Volnovaxa yerləbir edilib. Mən ona qarşı qəddar davranıb başını üzəcəyəm.
Yalnız pul haqqında düşünür. “Şaxtyor”da pul qazanmamısan? “Dinamo”da pul qazanmamısan? Gəl burada - Buçada, İrpendə, Volnovaxada insanlara yardım et”.
Mirağa