"Qəbələ" və "Neftçi"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibləri olan Macarıstan "Fehervar"ı ilə Kiprin "Aris" komandası yoxlama görüşündə üz-üzə gələcəklər.
Fanat.Az xəbər verir ki, matçın iyunun 10-da Avstriyanın Loypersdorf şəhərində keçiriləcək.
Bakı vaxtı ilə saat 19:30-da başlanacaq matç hər iki komandanın təlim-məşq toplanışına təsadüf edəcək.
Qeyd edək ki, "Qəbələ" "Fehervar"la ilk oyununu iyulun 21-də evdə, "Neftçi" isə "Aris"lə start qarşılaşmasını həmin gün səfərdə keçirəcək. Cavab görüşləri isə 28 iyulda olacaq.