"Sumqayıt" klubu ilə yollarını ayıran Dmitri Nağıyev karyerasını Ukraynada davam etdirəcək.
Fanat.Az xəbər verir ki, o, sözügedən "İnqulets"ə keçib.
27 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Dmitri Nağıyev 2019-cu ildə Portuqaliyanın I Divizion təmsilçisi "Cova da Piedade" klubunda da çıxış edib. O, Azərbaycanın U-21 millisinin də şərəfini qoruyub.
Emin