İyulun 16-sı mövsümöncəsi hazırlıq üçün nəzərdə tutulmuş "Telecom Cup" turniri çərçivəsində İtaliyanın "Milan" və Almaniyanın "Köln" klubları üz-üzə gəlib.
Fanat.Az xəbər verir ki, oyun "Milan"ın 2:1 hesablı üstünlüyü ilə başa çatıb.
Həmin qarşılaşmada diqqətçəkən məqamlardan biri də o olub ki, "Köln" futbolçularının geyiminin sinə nahiyyəsinə yerləşdirilən kiçik kamera ilə qarşılaşma lentə alınıb.
Məlumata görə, bu kamera vasitəsilə həm oyun epizodları tamaşaçılara təqdim ediləcək, həm də lentə alınmış görüntülərdən VAR qərarlarının verilməsi zamanı istifadə olunacaq.
Sözügedən kameraların qeydə aldığı görüntüləri təqdim edirik:
Emin