İtaliya polisi "Milan"ın fransalı futbolçusu Tyemue Bakayokonu şəhərin mərkəzi küçələrindən birində saxlayıb. Bakayokonun üstü axtarılan zaman onun idarə etdiyi avtomobildəki sərnişinin tapançanın hədəfində saxlanması ciddi müzakirə mövzusuna çevrilib.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "Twitter" hesabı üzərindən yayan jurnalist Tankredi Palmeri polisin hadisə ilə bağlı açıqlamasını da ictimaiyyətə çatdırıb:
"Axtarış həmin ərazidə baş verən silahlı insidentlə bağlıdır. Hadisəni törədən iki şəxsdən biri yaşıl futbolkada olub. Bu üzdən şübhəli qismində saxlanılan avtomobildəki yaşıl futbolkalı, qaradərili sərnişinə tərəf tapança tuşlanıb".
Qeyd edək ki, transfer hüquqları "Çelsi"yə məxsus olan Bakayoko 2021-ci ilin avqustundan icarə əsasında "Milan"ın formasını geyinir.
Nihat