"Bayern Münhen" heyətinə yeni futbolçu cəlb edib.
Fanat.Az xəbər verir ki, məlumatı Almaniya təmsilçisinin rəsmi saytı yayıb.
Xəbərə görə, münhenlilər "Yuventus"un futbolçusu Matteyis de Liqti transfer edib.
22 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb. "Bayern Münhen" bu keçidə görə "Yuventus"a 70+10 milyon avro ödəyəcək.
Qeyd edək ki, Niderland millisinin üzvü 2019-cu ildən "Yuventus"da oynayır.