"Verona"nın hücumçusu Covanni Simeone iş yerini dəyişməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Nikolo Skira yayıb.
Mənbə ötən mövsüm A Seriyasında 17 qol vuran və komandasının ən yaxşı bombardiri olan forvardın "Napoli" ilə danışıq apardığını vurğulayıb. Xəbərə görə, tərəflər artıq razılığa gəlib. Covanninin sonradan transfer hüquqlarına sahib çıxmaq şərti ilə icarəyə götürüləcəyi bildirilib.
Qeyd edək ki, Covanni Simeone "Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeonenin oğludur.
Nihat