13:31 20.07.2022 1905

\"Qarabağ\" 100 faiz \"Sürix\"i keçəcək\" - Aslan Kərimov

Ötən gün "Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda İsveçrə "Sürix"ini 3:2 hesabı ilə məğlub etdi. 

"Qarabağ"ın və Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Aslan Kərimov Fanat.Az-a açıqlamasında dünənki qarşılaşmanı və "köhlən atlar"ı səfərdə nə gözləyəcəyi barədə danışıb.

"Sürix"in İsveçrə Superliqası çərçivəsində "Yanq Boyz"la oyununda bəzi məqamlar bəlli olmuşdu. Rəqibin zəif tərəfləri üzə çıxdı. Onların hücumlarının kəsərli olacağı da gözlənilirdi. Bununla belə, komandanın müdafiə xətti inamlı görünmürdü. Dünən biz iki fərqli hissə izlədik. Matçın ilk yarısında "Qarabağ"ın keyfiyyətli oyununa şahidlik etdik. Hücumçular, yarımmüdafiəçi və müdafiəçilər özlərini yaxşı tərəfdən göstərə bilirdi. Top itkisi zamanı rəqibin əks-hücumuna imkan vermirdik, əksinə kompaktlaşıb oyuna nəzarəti ələ keçirirdik. "Qarabağ"ın İsveçrə təmsilçisinin qol-qanad açmasına imkan verməməsi faktdır. Bununla yanaşı, müşahidə etdik ki, onlar yaranan azsaylı şansları da qola çevirə bilirlər. 

İkinci hissəni isə bilmirəm dəyişikliklə, yoxsa yorğunluqla əlaqələndirim... "Qarabağ" fasilədən sonra çətinlik çəkirdi. Bu, dərhal hiss olunurdu. Çempionlar Liqasında oyanayan istənilən komanda belə səhvləri bağışlamır". 

49 yaşlı mütəxəssis ağdamlıların səfər qarşılaşmasında uğurlu nəticə əldə edəcəyinə inandığını söyləyib: 

"Düşünürəm ki, biz bu mərhələni keçə biləcəyik. Hətta buna əminəm. Rəqibin yarımmüdafiə xətti bir qədər rahat oynamaq istəyir. Arxadan hücum qurmağı planlaşdırırlar. Topu özlərində saxlamağa, fintlərə üstünlük verirlər. Bu da onların top itirməsinə səbəb olur. Bizim yarımmüdafiəmiz isə həm sürət, həm də fərdi baxımdan rəqibi üstələyir. "Qarabağ"ın onlardan güclü olduğu açıq-aşkar göründü. İnanmıram ki, səfərdə yaratdığımız imkanları qolla tamamlamayaq. Bir daha qeyd edim, 100 faiz əminəm ki, mərhələni keçəcəyik. Demirəm ki, oyun asan keçəcək, xeyr. Bu növ oyunlar daim gərgin mübarizə şəraitində keçir. Amma rəqibi analiz etsək, bu qənaətə gəlmək olar". 

Kərimov Tofiq Bəhramov adına Respublika stadionunda ot örtüyünün vəziyyəti ilə bağlı sualı da cavablandırıb:

"Ötürmələr zamanı maneələr müşahidə olunmurdu. Amma zəminin altında hardasa problem olduğu sezilirdi. Ümumiyyətlə, Tofiq Bəhramov stadionu "Qarabağ" üçün həm uğurlu, həm də rahat bir stadiondur. Qazona xüsusi və daimi qulluq lazımdır. Futbol meydançasında olan ot örtüyü adi çəmənlik deyil. Stadionun qazonunu il boyu keyfiyyətli və hazır vəziyyətdə saxlamaq lazımdır". 

Emin
 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

Facebookdan bizi izləməyi unutmayın.
X