"Qalatasaray" yay transfer pəncərəsindən yararlanmağa davam edir.
Fanat.Az "Daily Mail"ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi Şotlandiyanın "Reyncers" klubundan 26 yaşlı yarımmüdafiəçi Qlen Kamaranı heyətinə qatmaq istəyir.
Bunun üçün "sarı-qırmızılar" Qlazqo təmsilçisinə 7 milyon funt-sterlinq ( 8,2 milyon avro) təklif edib.
Qeyd edək ki, bir neçə gün əvvəl "aslanlar" 2,8 milyon avroya türkiyəli müdafiəçi Abdulkerim Bardakçı, 3 milyon avroya "Roma"nın sabiq portuqaliyalı yarımmüdafiəçisi Serju Oliveyra və 2 milyon avroya tanınmış isveçrəli futbolçu Haris Seferoviçi heyətinə qatıb.
Emin