"Mançester Yunayted"in yarımmüdafiəçisi Brunu Fernandeş mövsümün sonunda "qırmızı şeytanlar"a baş məşqçi təyin edilən Erik ten Haqın iş metodundan danışıb.
Fanat.Az xəbər verir ki, Portuqaliya millisinin üzvünün söylədiklərini "Sky Sports" belə çatdırıb:
"Əvvəl komandada intizamla bağlı problemlər var idi. Bu isə olduqca vacib məqamdır. Təbii ki, intizam yalnız oyunlar zamanı kimin hansı mövqedə oynaması, meydanda özünü necə aparmasına aid məsələ deyil. Ten Haq meydandan kənarda çox tələbkardır. Məsələn, nahara və ya görüşə gecikənlər cərimələnir. Baş məşqçinin gecikənləri bu şəkildə cəzalandırması ürəyimcədir. Çünki özüm heç vaxt gecikmirəm".
Nihat