Yüngül çəkidə UFC döyüşçüsü Peddi Pimblett İngiltərə Premyer Liqasının ən çox müzakirə olunan transferləri - Darvin Nunyes (Liverpul) və Erlinq Holand (Mançester Siti) barədə maraqlı proqnozları ilə gündəmə gəlib.
Fanat.Az xəbər verir ki, "Liverpool Echo" 27 yaşlı britaniyalı döyüşçünün dediklərini belə çatdırıb:
"Nunyes Holanddan daha çox qol vuracaq. Erlinq zədə səbəbindən mövsümün çox hissəsini buraxacaq. Mən Nunyesə inanıram. Onun Holanddan daha çox qol vuracağını həmişə deyirəm".
Qeyd edək ki, Peddi Pimblett “Liverpul” azarkeşidir.
Emin