"Mançester Siti"nin və Portuqaliya yığmasının futbolçusu Bernardo Silva PSJ və ya "Barselona"ya mümkün transferi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "The Mirror" 27 yaşlı vingerin söylədiklərini belə çatdırıb:
“İndi əsas məsələ mövsümə hazırlıqdır. “Mançester Siti”də oynadığım dönəmdə hər zaman ən yaxşı oyunumu göstərəcəyəm. Klubla, azarkeşlərlə, komanda yoldaşlarımla gözəl münasibətim var. Bunu həqiqətən yüksək qiymətləndirirəm. Gələcəkdə isə nəyin baş verəcəyini bilmirəm. PSJ və "Barselona" müasir dövrün ən populyar klublarıdır. Düşünürəm ki, hər bir futbolçu o komandaların formasını geyinmək istəyər”.
Emin