"Liverpul" "Sportinq Lissabon"un yarımmüdafiəçisi Mateus Nunyesin xidmətində maraqlıdır.
Fanat.Az Portuqaliyanın "Record" saytına istinadən xəbər verir ki, mersisaydlıların baş məşqçisi Yürgen Klopp transfer işlərinin tamamlandığını bildirsə də, klub rəhbərliyi gücləndirmə variantları üzərində işləyir.
“Sportinq”in prezidenti Federiko Varandas isə klubun maliyyə vəziyyətindən narahatdır. Ona görə də Nunyesi 45 milyon avroya satmağa hazırdır.
Emin