2022/2023 mövsümünün ən yaxşı afrikalı futbolçusunun kimliyinə aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, bu, bir müddət öncə "Liverpul"u "Bayern Münhen"ə dəyişən Sadio Manedir.
O, "Liverpul"dakı sabiq komanda yoldaşı Məhəmməd Salahı və "Çelsi"nin qapıçısı Eduar Mendini qabaqlayıb.
Qalibin adı Mərakeşin paytaxtı Rabatda keçirilən tədbirdə açıqlanıb.
Mane bu il Seneqal millisinin heyətində Afrika Millətlər Kubokunun qalibi olub. 2022/2023 mövsümündə "Liverpul"la Çempionlar Liqasının finalına yüksələn hücumçu İngiltərə Premyer Liqasının gümüş medallarını qazanıb, İngiltərə Kubokunu və Liqa Kubokunu başı üzərinə qaldırıb.
Nihat