"Sevilya"nın müdafiəçisi Jül Kundeni transfer edə bilməyən "Barselona" alternativ variantı nəzərdən keçirir.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi "Vilyarreal"ın futbolçusu Pau Torreslə maraqlanır.
Xəbərə görə, İspaniya nəhənginin prezidenti Joan Laporta və baş məşqçisi Xavi Paunun heyətə qatılmasını vacib sayırlar. "Blauqrana"nın yaxın günlərdə "Vilyarreal"a rəsmi təklif göndərəcəyi gözlənilir.
Qeyd edək ki, 25 yaşlı Pau Torres "Vilyarreal"ın öz yetirməsidir. Onun klubu ilə olan müqaviləsinin müddəti 2024-cü ildə başa çatacaq.
Nihat