İtaliya millisinin və "Sassuolo"nun hücumçusu Canluka Skamakka karyerasını İngiltərədə davam etdirə bilər.
Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, 23 yaşlı futbolçunun klubuna "Vest Hem" rəsmi təklif göndərib.
Xəbərə görə, "çəkicdöyənlər" Skamakkanı 40 milyon avro qarşılığında transfer etmək istəyir. Tərəflərin razılığa gəlmək ehtimalı yüksək qiymətləndirilir.
Qeyd edək ki, Skamakka İtaliya yığmasında 7 oyun keçirib. O, klubunun forması ilə ötən mövsüm 38 matça çıxaraq 16 qol vurub.
Nihat