"Real Madrid"in prezidenti Florentino Peresdən hücumçu Kriştianu Ronaldunu transfer etməyi xahiş ediblər.
Fanat.Az AS nəşrinə istinadən xəbər verir ki, İspaniya çempionunun rəhbəri komandanın yeni mövsümə hazırlaşdığı Los-Ancelesə gəlib və məşq kompleksinə toplaşan azarkeşlərə 15 dəqiqə ərzində avtoqraf paylayıb.
Azarkeşlədən biri Peresdən hücumçu Kriştianu Ronaldunu heyətə qaytarmağı xahiş edib:
"Onun "Atletiko"ya getməsinə imkan verməyin, Florentino! Onu "Real"a qaytarın" .
Klub prezidenti buna heç bir reaksiya verməyib.
Emin