"Olimpik Lion"un hücumçusu Aleksandr Lyakazett çoxsaylı arı sancması səbəbindən "Feyenoord"la yoldaşlıq oyununu kənardan izləyəcək.
Fanat.Az "L'Équipe" nəşrinə istinadən xəbər verir ki, Niderlandda meşə gəzintisi zamanı arılar futbolçuya hücum edib.
Ümumilikdə, Lyakazetti 12 arı sancıb.
Bundan əlavə, Lyakazettin həmklubu Mussa Dembele də arıların hücumuna məruz qalıb. Lakin Mussa özünü daha yaxşı hiss edib və cümə axşamı keçirilən məşqə qatılıb.
Emin