İngiltərənin "Çelsi" klubu hücum xəttini gücləndirmək üçün hərəkətə keçib.
Fanat.Az "The Athletic"ə istinadən xəbər verir ki, "zadəganlar" "Nyukasl Yunayted"in hücumçusu Alan Sen-Maksimeni heyətinə qatmağı planlaşdırır.
Xəbərə görə, "Çelsi" artıq "sağsağanlar"la danışıqlara başlayıb. Mənbə "Nyukasl" rəhbərliyinin bu transfer üçün 40 milyon avro tələb etdiyini, "göylər"in isə Sen-Maksimeni daha aşağı məbləğə almaq istədiyini vurğulayıb.
Qeyd edək ki, Alan "Sent-Etyen"in yetirməsidir. O, 2019-cu ilin avqustunda, 18 milyon avro qarşılığında "Nyukasl"a transfer olunub. Son mövsümdə İngiltərə Premyer Liqasında 35 matça çıxan ön xətt oyunçusu 5 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. Sen-Meksimenin "Nyukasl"la olan müqaviləsinin müddəti 2026-cı ilə qədərdir.
Nihat