"Verona"nın hücumçusu Covanni Simeone iş yerini dəyişir.
Fanat.Az "Corriere dello Sport"a istinadən xəbər verir ki, Argentina millisinin 27 yaşlı forvardı "Napoli" ilə razılığa gəlib.
Xəbərə görə, tərəflər yaxın günlərdə rəsmi müqaviləyə imza atacaqlar.
Qeyd edək ki, Simeone "Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeonenin oğludur. O, ötən mövsüm A Seriyasında 17 qol vuraraq "Verona"nın ən yaxşı bombardiri olub.
Nihat