Elison Britten İngiltərə Premyer Liqasının ilk qadın prezidenti olacaq.
Fanat.Az xəbər verir ki, bu barədə liqanın rəsmi saytı açıqlama yayıb.
Məlumatda qeyd olunub ki, klubların tam dəstəyi ilə seçilən iş qadını 2023-cü ilin əvvəlindən Premyer Liqanın idarəçiliyinə başlayacaq.
Britten bu vəzifəni yanvar ayından müvəqqəti olaraq icra edən Peter Makkormikdən təhvil alacaq. O, maliyyə sektorunda böyük hörmətə malik olan və bir sıra tanınmış şirkətlərdə (Barclays PLC, Santander) rəhbər vəzifələrdə çalışıb.
The Premier League is pleased to confirm Alison Brittain as its new Chair after clubs today voted unanimously in favour of her appointment. She will take over from Interim Chair Peter McCormick in early 2023.
— Premier League (@premierleague) July 26, 2022
More: //t.co/AwcPCRzban pic.twitter.com/9ypcHvRg3V
Liqanın saytı yeni prezidentdən sitat gətirib: "Mən uşaq yaşlarımdan futbol azarkeşiyəm. Ona görə də Premyer Liqanın prezidenti kimi işləmək mənim üçün böyük zövq olacaq. Futbol dünyanın hər yerində sevilir, həm də milli nöqteyi-nəzərdən son dərəcə vacib idman növüdür və bir çox cəmiyyətlərə müsbət təsir göstərə bilər. Səhmdarlarla əməkdaşlıq edərək planlarımızı həyata keçirmək və liqanın davamlılığını və uğurunu uzun müddətdə qorumaq üçün çalışmaq imtiyazımız olacaq”.
Maraqlıdır ki , bu yaxınlarda Donata Hopfenin simasında daha bir qadın Almaniya liqasının prezidenti seçilib.
Mirağa