"Aston Villa"nın sabiq hücumçusu Qabriel Aqbonlahor Kriştianu Ronaldudan danışıb.
Fanat.Az xəbər verir ki, "Football Insider" onun dediklərini belə çatdırıb:
"Hiss edirəm ki, Ronaldu paltardəyişmə otağında özünü iylənmiş yumurta kimi aparır. Bəlli məsələdir ki, Kriştianu gənc futbolçularla ünsiyyət qurmur. Orada tək oturduğundan xəbərim var. Ronaldu və Fernandeş yəqin, öz aralarında portuqalca danışırlar. Bütün bunlar çox iyrəncdir. Hətta "Mançester Yunayted" uduzanda da hamı Ronaldunu müzakirə edir. Ondan qurtulun və gənc istedadlarla oynayın".
Qeyd edək ki, MY İngiltərə Premyer Liqasının ilk iki turunda "Brayton" (1:2) və "Brentford"a (0:4) uduzub.
Nihat