Fransa çempionatında 5-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, bütün görüşlər eyni gündə reallaşıb.
"Nitsa" rəqib meydanında "Lill"i, "Reyms" "Anje"ni məğlubiyyətə uğradıb.
"Lans" "doğma divarlar arası"nda "Loryan"ın qapısına 5 qol vuraraq 3 xal qazanıb.
"Renn" - "Brest" və "Monpelye" - "Ayaçço" duellərində uduzan tərəf qonaqlar olub.
PSJ səfərdə “Tuluza”nı 3 cavabsız qolla yenb. "Olimpik Lion” “Oser”i, “Olimpik Marsel”i “Klermon”u çətinliklə üstələyib.
“Monako” öz meydanında “Trua”ya boyun əyib.
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Nant” isə səfərdə “Strasbur”la bərabərə qalıb.
Bu nəticələrdən sonra PSJ, “Lans” və “Olimpik Marsel” 13 xalla zirvəyə şərikdirlər. “Olimpik Lion” 10 xalla 4-cüdürsə, 5-ci pillədə qərarlaşan “Monpelye”nin 9 xalı var.
Fransa, Liqa 1
5-ci tur
31 avqust
Anje – Reyms 2:4
Qollar: Bufal, 59. Hunu, 67 – Munetsi, 23. İto, 45+1. Baloqun, 70. Flips, 90.
Olimpik Lion – Oser 2:1
Qollar: Tete, 29. Ekambi, 72 – Otre, 80.
Monako – Trua 2:4
Qollar: Maripan, 10. Fofana, 63 – Tardye, 22-pen. Odober, 45+2. Balde, 48. Salmye, 78.
Monpelye – Ayaçço 2:0
Qollar: Nordin, 28. Vahi, 77.
Strasburq – Nant 1:1
Qollar: Diallo, 28 – M.Məhəmməd, 85.
Lans – Loryan 5:2
Qollar: Sotoka, 24; 77. Said, 28. Abdul Samed, 57. Opende, 86 – Moffi, 41; 50.
Lill – Nitsa 1:2
Qollar: Bamba, 20 – Delor, 22. Pepe, 29.
Olimpik Marsel – Klermon 1:0
Qol: Geye, 49.
Renn – Brest 3:1
Qollar: Rodon, 53. Terrye, 89. Dou, 90+1 – Honorat, 57.
Tuluza – PSJ 0:3
Qollar: Neymar, 37. Mbappe, 50. Bernat, 90.