Avropanın əsas futbol ölkələrində yay transfer pəncərəsi iyunun 10-dan açılıb. Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"Sabah Spor" saytı: "Mauro İkardinin həyat yoldaşı Vanda Nara futbolçunun keçəcəyi klublar arasında ən uyğunu "Qalatasaray" olduğunu bildirib".
Memfis Depay "Çelsi"yə uğursuz keçidini şərh edib: "Barselona"da qalmaq qərarına gəldim! Bütün diqqəti klubun idman uğurlarına töhfə verməyə yönəldir."
"Çelsi"nin rəsmi saytı: "Çelsi" və Markos Alonso tərəflərin qarşılıqlı razılığı ilə müqaviləyə xitam verib. Cümə günü "Barselona" ispan müdafiəçinin transferini açıqlayacaq.
"Benfika"nın rəsmi saytı: "Benfika" və Adel Taarabt tərəflərin qarşılıqlı razılığı ilə müqaviləyə xitam verib.
Baş tutmuş transfer xəbərləri:
24 yaşlı braziliyalı oyunçu Artur Qomez "Eştoril Praya"dan "Sportinq Lissabon"a keçib. Transfer məbləği 4 milyon avro təşkil edən futbolçunun müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
İsveçrəli yarımmüdafiəçi Denis Zakaria icarə əsasında "Yuventus"dan "Çelsi"yə keçib.
Pyer-Emerik Obameyanq "Barselona"dan "Çelsi"yə keçib. Transfer məbləği 12 milyon avro təşkil edən futbolçunun yeni klubu ilə müqaviləsinin müddəti 2023/24-cü illər mövsümünün sonuna qədər nəzərdə tutulub.
Ektor Belyerin azad agent olaraq "Barselona"ya keçib.
Emin Şəmsiyev