Yunanıstanın "Olimpiakos" klubu yeni transferi Marselonu UEFA Avropa Liqasının qrup mərhələsinin oyunları üşün sifariş edib.
Fanat.Az "Ellasport" saytına istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçi ilə yanaşı daha 4 oyunçu - Pep Biel, Panayotis Retsos, Hvan Uy Co və Coş Boulerin adı "25-liy"ə salınıb.
Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"a qarşı ilk matçını oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.
Emin