12 illik evliliyinə son qoyan İspaniyanın əfsanəvi qapıçılarından olan İker Kasilyas yeni sevgi macərası yaşayır.
Fanat.Az İspaniyanın "Hola" qəzetinə istinadən xəbər verir ki, iki oğlunun anası olan televiziya aparıcısı Sara Karbonerodan boşanan Kasilyas indi Mariya Xose Kamaça ilə münasibətdədir.
Mariya ötən ilin mayında intihar edən "Barselona"nın və "Malaqa"nın sabiq qapıçısı Franses Arnaunun dul qalmış xanımıdır. İkerin onunla üç aydır münasibətdə olduğu bildirilir. Paparassilər onların birgə şəklini çəkib.
İker Kasilyas 2020-ci ilin yayında karyerasını bitirib. O, 2015-də 16 ilini keçirdiyi "Real Madrid"dən (725 matç) ayrılaraq "Portu"ya üz tutub və karyerasının son 5 ilini bu komandada olub, 167 oyuna çıxıb.
Mirağa