"Bayern Münhen"in baş məşqçisi Yulian Nagelsman Almaniya çempionatının 5-ci turunda "Union Berlin"lə heç-heçə etdikləri oyunu (1:1) şərh edib.
Fanat.Az xəbər verir ki, "Sky Germany" 35 yaşlı çalışdırıcının dediklərini belə çatdırıb:
"Rəqib yaxşı oynadı. Bizdə kifayət qədər dinamika və dəqiqlik yox idi. Heç-heçə təbiidir. "Union" bir xala layiq idi".
Xatırladaq ki, 5 turdan sonra "Bayern Münhen" və "Union Berlin" hərəyə 11 xalla turnir cədvəlinin 3-cü və 4-cü pillələrində qərarlaşıblar.
Emin