"Layptsiq" ötən gün Çempionlar Liqasının qrup mərhələsində evdə "Şaxtyor"a böyük hesablı məğlubiyyətin (1:4) ardınan baş məşqçisi Dominika Tedeskonu istefaya göndərib.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
36 yaşlı çalışdırıcının köməkçiləri - Andreas Hinkel və Maks Urvançik də yola salınıb.
Qeyd edək ki, Tedesko 2021-ci ilin dekabrından Almaniya klubunu çalışdırırdı.