"Çelsi"nin baş məşqçi postu ilə vidalaşan Tomas Tuxeli kimin əvəzləyəcəyi açıqlanıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "90 min" yayıb.
Mənbə "zadəganlar"ı çalışdırmağa namizəd olan 3 mütəxəssisdən birinin - "Brayton"un baş məşqçisi Qrem Poterin şifahi razılığının alındığını vurğulayıb.
Xəbərə görə, hazırda lazımi sənədləri hazırlayan "Çelsi" rəhbərliyi bu şənbə "Fulhem"ə qarşı keçiriləcək ev oyununa qədər Poterin işə başlamasını təmin etmək istəyir.
Nihat