"Nottingem Forest" Serj Orye ilə müqavilə imzalayıb.
Fanat.Az xəbər verir ki, İngiltərə Premyer Liqa klubu futbolçunun keçidini rəsmi saytı vasitəsilə elan edib.
Fil Dişi Sahilindən olan müdafiəçi yeni klubuna azad agent kimi qoşulub. Bu, nottingemlilərin Premyer Liqaya qayıtdıqdan sonra həyata keçirdiyi 22-ci transferdir.
29 yaşlı Serj Orjenin son klubu ötən mövsümün sonunda tərk etdiyi “Vilyarreal” olub. Müdafiəçi Premyer Liqada daha əvvəl "Tottenhem" klubunda çıxış edib.
Mirağa