PSJ-nin hücumçusu Kilian Mbappe komanda yoldaşı Neymarla münasibətlərindən danışıb.
Fanat.Az xəbər verir ki, braziliyalı ulduzla yola getmədiyi barədə müxtəlif informasiyalar Kilianın dediklərini "New York Times" belə çatdırıb:
"Neymarla 6 ildir ki, bir komandada oynayırıq. Həmişə bir-birimizə hörmətlə yanaşmışıq. Bu oyunçunun komandamız üçün nə dərəcədə faydalı fiqur sayılması da nəzərə alınmalıdır. Bəzən münasibətlərimizdə soyuqluq yaranıb, bəzən də əksinə... Elə vaxt olur ki, bir-birimizlə çox danışırıq. Hərçənd çox az ünsiyyət qurduğumuz dönəmlər də olur. Hə, bizim münasibətlərimizin təbiəti belədir. Komandada iki güclü xarakterə malik futbolçu varsa, həyat eyni dalğada davam edə bilməz. Əlbəttə, hərdən nələrsə olur. Ancaq heç vaxt PSJ-nin maraqlarını unutmuruq".
Nihat